R.N.Əliyevaya "Əməkdar artist" fəxri adının verilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Azərbaycanda musiqi sənətinin inkişafındakı xidmətlərinə Daxili Qoşunlarda uzunmüddətli məhsuldar işinə görə gizir Rəna Nuruş qızı Əliyevaya "Əməkdar artist" fəxri adı verilsin.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 11 mart 2010-cu il

 

Azərbaycan.- 2010.- 12 mart.- S.  1.