Polşanın Baş naziri Donald Tuskun Azərbaycana səfəri başa çatmışdır

 

Martın 11-də Polşa Respublikasının Baş naziri Donald Tuskun Azərbaycana rəsmi səfəri başa çatmışdır.

Hər iki ölkənin dövlət bayraqlarının asıldığı Heydər Əliyev adına Beynəlxalq hava limanında hörmətli qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Milli geyimli uşaqlar Polşanın Baş nazirinə gül-çiçək dəstəsi təqdim etdilər.

Hava limanında polşalı həmkarını Azərbaycanın Baş naziri Artur Rasizadə digər rəsmi şəxslər yola saldılar.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 12  mart.- S.  2.