F.Q.Maqsudovun xatirəsinin əbədiləşdirilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Görkəmli Azərbaycan alimi, Azərbaycan Elmlər Akademiyasının prezidenti, akademik Fəraməz Qəzənfər oğlu Maqsudovun xatirəsini əbədiləşdirmək məqsədi ilə qərara alıram:

Bakı Şəhər İcra Hakimiyyəti Fəraməz Maqsudovun yaşadığı binaya (Üzeyir Hacıbəyli küçəsi, 37/43) xatirə lövhəsinin vurulmasını təmin etsin.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 16 mart 2010-cu il

 

Azərbaycan.- 2010.-  17 mart.- S.  2.