Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin bir qrup əməkdaşının təltif edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Azərbaycan Respublikasında milli təhlükəsizliyin təmin edilməsində, xarici xüsusi xidmət orqanlarının kəşfiyyat-pozuculuq fəaliyyətinin qarşısının alınmasında, beynəlxalq terrorçuluq, narkotik vasitələrin qanunsuz dövriyyəsi transmilli mütəşəkkil cinayətkarlıqla mübarizədə yüksək peşəkarlıq göstərdiklərinə, xidməti vəzifələrini yerinə yetirərkən fərqləndiklərinə görə Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin aşağıdakı əməkdaşları təltif edilsinlər:

 

3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə

 

Şəfiyev Əli Sabir oğlu - general-mayor

Bağırov Namiq Sahib oğlu - general-mayor

 

"Vətən uğrunda" medalı ilə

 

Rzayev Ceyhun Fərzalı oğlu - general-mayor

Yaqubov Məzahir Şahbala oğlu - tibb xidməti polkovniki

Axundov Vaqif Tofiq oğlu - polkovnik-leytenant

Vəliyev Pərviz Şamir oğlu - polkovnik-leytenant

Babayev Arif Vaqif oğlu – mayor

 

"İgidliyə görə" medalı ilə

 

Vahabov Fərhad Hüseyn oğlu - general-mayor

Həmidov Nizaməddin Baba oğlu - polkovnik

Həsənov Şahin Məmmədrəhim oğlu - polkovnik-leytenant

Əliyev Elsevər Həsən oğlu - mayor

 

"Hərbi xidmətlərə görə" medalı ilə

 

Qurbanov Sübahir Xalıq oğlu - polkovnik

İsmayılov Allahverən İbiş oğlu - polkovnik

Əkbərov Qədir Qurban oğlu - polkovnik

Hacıyev Tofiq Əkrəm oğlu - polkovnik

Mustafayev Kamran Əhməd oğlu - polkovnik-leytenant

Hacıyev Rəhim Tarix oğlu - kapitan

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 29 mart 2010-cu il

 

Azərbaycan.- 2010.-  30 mart.- S.  1.