Prezident İlham Əliyev Cəlilabadda Müalicə-Diaqnostika Mərkəzinin açılışında iştirak etmişdir

 

Aprelin 29-da Prezident İlham Əliyev Cəlilabadda Müalicə-Diaqnostika Mərkəzinin açılışında iştirak etmişdir.

Mərkəzin kollektivi rayon ictimaiyyətinin nümayəndələri dövlət başçısını hərarətlə qarşıladılar.

Prezident İlham Əliyev səhiyyə ocağının açılışını bildirən lenti kəsdi mərkəzlə tanış oldu.

Məlumat verildi ki, bu müasir səhiyyə ocağı üçmərtəbəli əsas korpusdan, yardımçı binalardan, o cümlədən transformator otağı, qazanxana, mətbəx, camaşırxana, dializ materialları anbarı, patoloji anotomiya binası, keçid məntəqəsi, anbar, avtomobillər üçün qaraj, su anbarından ibarətdir. Mərkəzdə qəbul, hemodializ, poliklinika, şüa-diaqnostika, laboratoriya, inzibati, cərrahiyyə, anesteziologiya, reanimasiya, əməliyyat bloku ümumi sterilləşdirmə bloku fəaliyyət göstərir. Hemodializ şöbəsində 10 dəst hemodializ aparatı quraşdırılmışdır. Böyrək çatışmazlığından əziyyət çəkən 60 xəstə bu aparatlar vasitəsilə hemodializ seansları alacaqdır. Əməliyyat bloku 4 əməliyyat otağından ibarətdir otaqların hər birində xaricdə istehsal olunan yüksək keyfiyyətli tibbi avadanlıq quraşdırılmışdır. Şüa-diaqnostika şöbəsi kompüter tomoqrafiya rentgen aparatları ilə təchiz olunmuşdur. Poliklinika şöbəsində bütün növ xəstəliklərin müayinəsi müalicəsi üçün kabinetlər fəaliyyət göstərir. Otaqlar müasir tibbi avadanlıq mebellə təchiz edilmişdir.

260 nəfərin daimi işlə təmin ediləcəyi Müalicə-Diaqnostika Mərkəzinin laboratoriya şöbəsində biokimyəvi, mikrobioloji, hematoloji immunoloji-seroloji analizlərin aparılması mümkündür.

Yaradılmış şəraitdən razılığını bildirən Prezident İlham Əliyev əhaliyə yüksək səviyyədə tibbi xidmətin göstərilməsi ilə bağlı tapşırıqlarını verdi.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.-  1 may.- S.  2.