Azərbaycan Respublikasının Dövlət Mükafatı Laureatının Diplomunun təsviri

 

Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 8 may tarixli Sərəncamı ilə təsdiq edilmişdir.

 

Azərbaycan Respublikasının Dövlət Mükafatı Laureatının Diplomu parıltılı kağızdan hazırlanır eni 11 sm, uzunluğu isə 16 sm olan dörd səhifədən ibarətdir (eskiz əlavə olunur).

Diplomun birinci səhifəsinin üzərində "Azərbaycan Respublikasının Dövlət Mükafatı Laureatının Diplomu" sözləri yazılır.

İkinci səhifədə Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamının tarixi, nömrəsi mükafata layiq görülmüş əsərin (işin) müəllifinin (müəlliflərinin) soyadı, adı atasının adı verilir.

Üçüncü səhifədə Dövlət Mükafatına layiq görülmüş əsərin (işin) adı mükafatın verilməsi barədə müvafiq mətn verilir.

Dördüncü səhifədə diplomun nömrəsi, laureatın soyadı, adı, atasının adı Dövlət Mükafatları Komissiyası sədrinin adı soyadı göstərilir.

Diplom Dövlət Mükafatları Komissiyasının sədri tərəfindən imzalanır Komissiyanın möhürü ilə təsdiq edilir.

Diplom laureata tünd qəhvəyi rəngli dəri cildlikdə təqdim olunur.

Cildliyin üz hissəsində qızılı rəngdə Azərbaycan Respublikasının Dövlət gerbi təsvir edilir "Azərbaycan Respublikasının Dövlət Mükafatı Laureatının Diplomu" sözləri yazılır.

 

 

Azərbaycan.- 2010.-  9 may.- S.  14.