Milli Parkda bayram konserti möhtəşəm atəşfəşanlıq

 

Xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin banisi qurucusu Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü münasibətilə Bakı Şəhəri İcra Hakimiyyəti ilə "Azərbaycan Televiziya Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyəti mayın 10-da Dənizkənarı Milli Parkda saat qülləsinin yanında maraqlı bayram konserti təşkil etmişlər.

Konsertdə paytaxtın on minlərlə sakini qonağı respublikamızın tanınmış incəsənət ustalarının ifasında mahnıları dinləmiş, gözəl rəqslərə tamaşa etmişlər.

Milli Parka toplaşanlar məhz ümummilli liderimiz Heydər Əliyevin hakimiyyətdə olduğu illərdə inkişaf edən, gözəlləşən, son vaxtlar isə getdikcə yeni görkəm alan doğma Bakımızın səmasını al-əlvan rənglərə boyayan möhtəşəm atəşfəşanlığı seyr etmişlər.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.-  12 may.- S.  6.