"Milli Teatr Festivalı - 2010" davam edir

 

Salyan Dövlət Kukla Teatrı Mədəniyyət Turizm Nazirliyi, Azərbaycan Teatr Xadimləri İttifaqının birgə təşkil etdikləri "Milli Teatr Festivalı - 2010" tədbirləri çərçivəsində Azərbaycan Dövlət Kukla Teatrında çıxış etmişdir.

Teatr Abdulla Şaiqin əsəri əsasında Rəhman Əlizadənin qələmə aldığı "Tülkünün uçuşu" tamaşasını göstərmişdir. Tamaşanın baxışında Mədəniyyət Turizm Nazirliyinin, Teatr Xadimləri İttifaqının rəsmiləri, teatrşünaslar, yazıçılar, KİV nümayəndələri, başlıcası isə kiçik tamaşaçılar iştirak etmişlər. Maraqlı keçən tamaşanın quruluşunu teatrın yaradıcılarından olan Cahangir Qaraşov, musiqi tərtibatını Təzahür Mehdiyev, rəssam tərtibatını Ceyhun Rüstəmbəyli vermişlər. Əsas rollarda Mədinə Ramazanova, Leyla Vəliyeva, Maytab Gözəlova, Rauf Həsənov, Əlizamin Həsənli, Orxan Səfərov, Qalib Məlikov, Aygül Muradova, Gülşən Təhməzova çıxış etmişlər. Festival tamaşası uğurla keçmişdir.

Teatrın direktoru Yavər Cəbrayılovun sözlərinə görə, hazırda kollektiv festivalın növbəti mərhələsinə hazırlaşır. İyun ayında Qax şəhərində keçirilən növbəti turda teatr kollektivi Abdulla Şaiqin "Danışan kukla", Sevinc Nuruqızının "Gəlincik" tamaşalarını göstərəcəklər.

 

 

Azərbaycan.- 2010.- 12  may.- S.  12.