Murmanskda kitab sərgisi fotosərgi açılmışdır

 

Rusiya Federasiyası Murmansk vilayətinin qubernatoru yanında millətlərin işləri üzrə Məşvərət Şurasının üzvü Əlihüseyn Şükürov bildirmişdir ki, Ümumrusiya Azərbaycan Konqresinin Murmansk şöbəsinin mərkəzi ofisində "Heydər Əliyevin müstəqil Azərbaycanın yaranmasına inkişafına töhfələri" adlı kitab sərgisi fotosərgi açılmışdır. Sərgiləri vilayət gənclər tələbələr klubu təşkil etmişdir.

Sərginin açılışında çıxış edən soydaşlarımız tədbirin əhəmiyyətindən, müasir müstəqil Azərbaycan dövlətinin yaranmasında inkişafında ulu öndər Heydər Əliyevin rolundan danışmışlar. Tədbirdə Rusiya ilə Azərbaycan arasında dostluğun qorunmasının möhkəmləndirilməsinin vacibliyi diqqətə çatdırılmışdır. Sərgidə "Görkəmli adamların həyatı. Heydər Əliyev", "Heydər Əliyev Şərq", "Heydər Əliyev mənim həyatımda", "Millətin xilaskarı", "Azərbaycan tarixində Heydər Əliyev şəxsiyyəti", "Heydər Əliyevin siyasi obrazı" kitabları ümummilli liderin müxtəlif illərdə çəkilmiş fotoşəkilləri nümayiş etdirilir.

Qəhrəman şəhərdə Heydər Əliyevin xatirəsinə həsr edilmiş bayram konserti təşkil olunacaqdır. Konsertə Murmansk vilayətinin ictimai xadimlər, hökumət bələdiyyə üzvləri, vilayətin bir sıra şəhərlərindən qonaqlar, eləcə mətbuat işçiləri dəvət olunmuşlar.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 13 may.- S.  7.