Serbiya Prezidenti Boris Tadiçin Azərbaycanın Baş naziri Artur Rasizadə ilə görüşü

 

Mayın 13-də Serbiya Prezidenti Boris Tadiç onun üçün ayrılmış iqamətgahda Azərbaycanın Baş naziri Artur Rasizadəni qəbul etmişdir.

Prezident Boris Tadiç Bakıda keçirilən danışıqlardan razı qaldığını bildirərək qeyd etmişdir ki, Serbiya nümayəndə heyətinin tərkibində müxtəlif hökumət strukturlarının təmsilçiləri vardır. Bu, bütün istiqamətlərdə qarşılıqlı əlaqələrin genişləndirilməsinə maraq göstərilməsindən xəbər verir.

Azərbaycanın Baş naziri Artur Rasizadə demişdir ki, ölkələrimizin işgüzar dairələri arasında əlaqələrin fəallaşdırılması Azərbaycan Serbiya xalqlarının mənafelərinə xidmət edəcəkdir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.-14 may.- S.  2.