Gürcüstanın birinci xanımı ümummilli lider Heydər Əliyevin məzarını ziyarət etmişdir

 

Azərbaycanda səfərdə olan Gürcüstanın birinci xanımı Sandra Elizabet Rulofs mayın 13-də Fəxri xiyabana gələrək görkəmli dövlət xadimi, ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə əklil qoymuşdur.

Gürcüstan Prezidentinin xanımı görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı üstünə güllər düzmüşdür.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 14 may.- S.  4.