Niderlandın Kraliçası Ülyahəzrət Beatriksə

 

Ülyahəzrət!

Tripoli şəhərinin hava limanında sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çoxlu sayda həmvətəninizin həlak olması xəbəri məni son dərəcə sarsıtdı.

Baş vermiş faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə yaxın adamlarına dərin hüznlə başsağlığı verirəm.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı, 13 may 2010-cu il

 

Azərbaycan.- 2010.-  14 may.- S.  2.