Akademikin yubileyi qeyd olundu

 

İmam Mustafayevin təhsil illəri, əmək elmi-pedaqoji fəaliyyəti Gəncə Azərbaycan Dövlət Aqrar Universiteti ilə bağlı olmuşdur.

Bu günlərdə görkəmli ictimai xadimin anadan olmasının 100 illiyi ilə əlaqədar universitetdə tədbir keçirildi. ADAU-nun rektoru, professor Mirdamət Sadıqov mərasimi açaraq görkəmli akademikin həyatı, yaradıcılığı ictimai fəaliyyəti haqqında danışdı. Sonra Ümumi əkinçilik, genetika seleksiya kafedrasının müdir əvəzi, professor C.Hacıyev, Elmi-Tədqiqat Bitki Mühafizəsi İnstitutunun direktoru, akademik S.Məmmədova başqaları çıxış edərək xatirələrini ürək sözlərini söylədilər.

Vaxtilə görkəmli akademikin çalışdığı aqronomluq fakültəsində xatirə otağı açıldı. Tədbirin iştirakçıları İ.Mustafayevin əsərlərinə digər sənədlərə böyük maraqla tamaşa etdilər.

 

 

Məmməd QASIMOV,

"Aqrar mütəxəssis" qəzetinin əməkdaşı

 

Azərbaycan.- 2010.-14  may.- S.  11.