İordaniya Kralı II Abdullahın Azərbaycanın Baş naziri Artur Rasizadə ilə görüşü

 

Mayın 16-da ölkəmizdə rəsmi səfərdə olan İordaniya Kralı II Abdullah onun üçün ayrılmış iqamətgahda Azərbaycanın Baş naziri Artur Rasizadəni qəbul etmişdir.

Bakıda aparılan danışıqlardan məmnun qaldığını söyləyən Kral II Abdullah demişdir ki, İordaniya Azərbaycan ilə münasibətlərə xüsusi önəm verir. Bu münasibətlər hər iki dövlətin başçıları arasında dostluq əlaqələrinə əsaslanır.

Ölkələrimiz arasında siyasi dialoqun fəal inkişaf etdiyini deyən Baş nazir Artur Rasizadə iqtisadi sahədə əlaqələrin genişləndirilməsinin vacibliyini vurğulamışdır. O, ümidvar olduğunu bildirmişdir ki, İordaniya Kralının budəfəki səfəri qarşılıqlı surətdə faydalı işgüzar əlaqələrin genişlənməsinə töhfə verəcəkdir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 18  may.- S.  2.