Ümummilli lider Heydər Əliyevin məzarını ziyarət

 

Türkiyə Respublikasının Baş naziri Rəcəb Tayyib Ərdoğan mayın 17-də Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə əklil qoymuşdur.

Ali qonaq görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsini anmış, məzarı üstünə tər güllər düzmüşdür.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 18 may.- S.  5.