Səfər başa çatdı

 

Mayın 17-də Türkiyə Respublikasının Baş naziri Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatmışdır.

Azərbaycanın Türkiyənin dövlət bayraqları ilə bəzədilmiş Heydər Əliyev adına Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Milli geyimli uşaqlar Rəcəb Tayyib Ərdoğana xanımı Əminə Ərdoğana gül-çiçək dəstəsi verdilər.

Türkiyə hökumətinin başçısını xanımını Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov digər rəsmi şəxslər yola saldılar.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 18 may.- S.  5.