Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Türkiyə Baş nazirinin xanımı Əminə Ərdoğan Filarmoniya bağında olmuşlar

 

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva Türkiyə Baş nazirinin xanımı Əminə Ərdoğan mayın 17-də Bakının ən gözəl istirahət guşələrindən birində - Filarmoniya bağında olmuşlar.

Bağ ilə tanışlıq zamanı bildirildi ki, 1830-cu ildə İçərişəhər divarlarının əhatəsində salınan uzun müddət qədim Bakının yeganə istirahət məkanı olan bu bağın maraqlı tarixi vardır.

Prezident İlham Əliyevin tapşırıqlarına əsasən burada abadlıq yenidənqurma işləri aparılmışdır. Yenidənqurma prosesi bağın orijinal üslubu saxlanılmaqla həyata keçirilmişdir.

Hazırda Filarmoniya bağı Bakının digər istirahət guşələri kimi paytaxt sakinlərinin maraqlı istirahət yerinə çevrilmişdir. Burada aparılan yenidənqurma işləri zamanı əsas diqqət ərazinin təkrarolunmaz koloritinin qorunub saxlanılmasına yönəldilmişdir. XIX əsr paytaxt memarlığına xas Qərb ənənələrinin Şərq üslubu ilə uzlaşdırılması bu bağın dizaynını daha da cəlbedici etmişdir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 18 may.- S.  6.