"Azərbaycan Dövlət İncəsənət Muzeyi" albomunun təqdimatı olmuşdur

 

Mayın 19-da R.Mustafayev adına Dövlət İncəsənət Muzeyində "Azərbaycan Dövlət İncəsənət Muzeyi" albomunun təqdimatı olmuşdur.

 

Albomun nəşrini muzeyin tarixində Azərbaycan mədəniyyəti üçün böyük hadisə olduğunu vurğulayan mədəniyyət turizm naziri, layihənin rəhbəri Əbülfəs Qarayev bu nəşrin istedadlı rəssam, cəmi 30 il yaşasa da, rəssamlıq sənətimizin inkişafında misilsiz xidmətləri olmuş Rüstəm Mustafayevin anadan olmasının 100 illiyi ərəfəsində işıq üzü görməsini yüksək qiymətləndirmişdir. Nəfis tərtibatlı ilk kataloqun hazırlanmasında əməyi olanlara təşəkkürünü bildirən nazir "Azərbaycan Dövlət İncəsənət Muzeyi" albomunun bu qəbildən olan nəşrlər üçün örnək olacağına inamını ifadə etmişdir.

Rəssamlar İttifaqının sədri, xalq rəssamı Fərhad Xəlilov, muzeyin direktoru, professor Çingiz Fərzəliyev, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, xalq artisti Fərhad Bədəlbəyli, xalq yazıçısı Çingiz Abdullayev yeni nəşrin məziyyətlərindən, xarici qonaqlar üçün dəyərli mənbə olduğundan danışmışlar. R.Mustafayev adına Dövlət İncəsənət Muzeyini dünyanın məşhur muzeyləri ilə müqayisə edən natiqlər bu mədəniyyət ocağının fəaliyyətini yüksək qiymətləndirmiş, bütün azərbaycanlıların qürur duyduğu məkan olduğunu bildirmişlər.

Qeyd olunmuşdur ki, Mədəniyyət Turizm Nazirliyinin dəstəyi, Çingiz Fərzəliyevin tərtibatı ilə çap olunan "Azərbaycan Dövlət İncəsənət Muzeyi" albomunda rəngkarlıq, heykəltəraşlıq, dekorativ tətbiqi sənət nümunələri haqqında məlumat fotoşəkillər əksini tapmışdır.

Sonra muzeyin fəaliyyəti yeni nəşr haqqında videoçarx nümayiş olunmuşdur.

Tədbirdə ölkəmizin görkəmli elm, sənət ictimai xadimləri, mədəniyyət nümayəndələri, xarici qonaqlar iştirak etmişlər.

 

 

Azərbaycan.- 2010.-  20 may.- S.  5.