Bakı Dövlət Universitetində Atatürkün xatirəsi anılmışdır

 

Bakı Dövlət Universitetində (BDU) Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkü Anma, Gənclik İdman Bayramı qeyd edilmişdir.

Bu bayram böyük şəxsiyyət Atatürkün 1919-cu il mayın 19-da 18 silahdaşı ilə Samsuna gəlməsinə, burada yadelli işğalçılara qarşı müqavimət hərəkatına başçılıq etməsinə həsr olunmuşdur.

Tədbirdə ulu öndər Heydər Əliyevin müdrik şəxsiyyət Mustafa Kamal Atatürkün əziz xatirələri yad edilmiş, Azərbaycanın Türkiyənin dövlət himnləri səslənmişdir.

BDU-nun rektoru, Milli Məclisin deputatı, akademik Abel Məhərrəmov çıxış edərək ümummilli lider Heydər Əliyevin qüdrətli şəxsiyyət Mustafa Kamal Atatürkün əbədiyaşar ideyalarının əhəmiyyətindən danışmışdır.

Azərbaycan ilə Türkiyənin tarixi birliyini vurğulayan rektor, türk dünyasının nurlu sabahına inandığını söyləmiş, gəncləri vətənpərvərliyə çağırmışdır.

Türkiyənin Bakıdakı səfiri Hulusi Kılıç, səfirliyin təhsil üzrə müşaviri Halis Koyuncuoğlu Türkiyə Cümhuriyyətinin yaranmasında inkişafında böyük öndər Mustafa Kamal Atatürkün tarixi xidmətlərindən, siyasi irsinin əhəmiyyətindən bəhs etmiş, onun gənclərə tövsiyələrini xatırlatmışlar.

Sonra bayrama həsr olunmuş maraqlı konsert proqramı nümayiş etdirilmişdir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 20 may.- S.  5.