Ağa Laçınlının 70 illik yubileyi qeyd olunub

 

Dünən Bakının Binə qəsəbəsində yerləşən şəhid Pənah Məmmədov adına 46 saylı Laçın rayon orta məktəbində mərhum şair, filoloq-alim Ağa Laçınlının 70 illik yubileyi münasibətilə tədbir keçirilib.

Müəllim şagirdlərin, ziyalıların, ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə 46 saylı Laçın rayon orta məktəbinin direktoru Bəxşeyiş Ağayev, məktəbin müəllimləri Müzəffər Salahov, Xasay İbrahimov, Məhəmməd İbrahimov, Qərənfil Həsənova, şairin oğlu Fəxri Uğurlu, şairin qohumları Hidayət İlyasov, Əli Əliyev Seyid Malik, Əfqan Həsənov, şairlər Tofiq Abdin, İlham Qəhrəman, Qiymət Məhərrəmli, Azərbaycan Dövlət Pedaqoji Universitetinin dosenti, pedaqoji elmlər namizədi Museyib İlyasov, Azərbaycan Müəllimlər İnstitutunun dosenti, pedaqoji elmlər namizədi Hidayət Tağıyev digərləri çıxış edərək Ağa Laçınlının həyat yaradıcılığından danışıblar.

Tədbirdə 46 saylı Laçın rayon orta məktəbinin şagirdləri, məzunları Ağa Laçınlının şeirlərini söyləyib, şair haqda mətbuatda dərc edilmiş bəzi məqalələrdən hissələri təqdim ediblər. Laçın rayon 1 saylı musiqi məktəbinin tar müəllimi Vahid Xıdırovun həmin məktəbin məzunu, şəhid övladı Elmira Zeynalovanın ifasında musiqi parçaları səsləndirilib. Şəhid Pənah Məmmədov adına 46 saylı Laçın rayon orta məktəbinin müəllimi Elnurə Tağıyevanın aparıcılığı ilə açıq səma altında keçirilən tədbirdə Ağa Laçınlının xatirəsinin əbədiləşdirilməsi üçün təkliflər irəli sürülüb.

1940-cı ildə anadan olan Ağa Laçınlı Maksim Qorki adına Moskva Ədəbiyyat İnstitutunun poeziya fakültəsini bitirib. "Ədəbiyyat incəsənət" qəzetinin (indiki "Ədəbiyyat qəzeti") şeir şöbəsində çalışıb. Yazıçılar İttifaqı (Birliyi) Natəvan klubunun müdiri olub. 1970-ci ildən Bakı Dövlət Universitetində dərs deyib. "Ümid" (Bakı,1966), "Sakitik" (Bakı, 1970), "Sirli-soraqlı dağlar" (Bakı, 1971), "Torpağın gücü" (Bakı, 1973), "Ana duyğusu" (Bakı, 1976), "Aşırımlar qarşısında" (Bakı, 1978), "Vaxt yetişəndə" (Bakı, 1980), "Sevgimizlə sevindirək" (1981), "Meşə nəğməsi" (Bakı, 1985), "Gecə yuxusu" (Bakı, 1986), "Qorod tainstvenniy" (Moskva, 1987), "Homer" (Bakı, 1989 - elmi), "Alın yazımız" (Bakı, 1992), "Yapon şeirindən seçmələr" (Bakı, 2006) kitablarının müəllifidir. Ağa Laçınlı 2007-ci il noyabrın 25-də vəfat edib.

 

 

Azərbaycan.- 2010.- 21 may.- S.  7.