Teatr Donetsk festivalında iştirak edir

 

Hüseyn Ərəblinski adına Sumqayıt Musiqili Dram Teatrının aktyorları "İmena" ("Adlar") teatr festivalında iştirak üçün Donetskə yola düşmüşlər.

Teatrın direktoru, Əməkdar Mədəniyyət İşçisi Mehman Şükürov bildirmişdir ki, festival mayın 21-24-də keçiriləcəkdir. Sumqayıt aktyorları Ukrayna tamaşaçılarına ispan mənşəli Fransa yazıçısı Fernando Arrabalın "Fando Lis" tamaşasını tədqim edəcəklər. Tamaşaya gənc rejissor, Sankt-Peterburq Teatr Akademiyasının diplomantı Mahir Canas quruluş vermişdir. Cəmiyyətin mənəvi əsaslarından söz açan birpərdəli səhnə əsərində beş aktyor iştirak edir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 21 may.- S.  7.