Sumqayıtda Kitab bayramı

 

Sumqayıtda III Ümumrespublika ənənəvi Kitab bayramı keçirilmişdir. Şəhərin "Nizami" meydanında keçirilən tədbirdə mədəniyyət turizm naziri Əbülfəs Qarayev, Qazaxıstanın Aktau şəhərinin yeni akimi Ospan Qazaxbayevin rəhbərlik etdiyi nümayəndə heyəti, Sumqayıt şəhər rəhbərliyi, mədəniyyət işçiləri, ziyalılar, şəhər ictimaiyyətinin nümayəndələri iştirak etmişdir.

Bayram tədbirində "Müasir Azərbaycan ədəbiyyatı", "Məlumat nəşrləri, "Təbiət, ekologiya biz", "Tanış olun: yeni kitablar", "Balalara hədiyyə", "Mənim doğma şəhərim - Sumqayıt", "Minilliklərdən gələn sorağımız", "Azərbaycan - vahid məmləkət", "Qarabağ qan yaddaşımız", "Heydər Əliyev və milli mədəniyyət", "Yüksələn iqtisadiyyatımız", "Dünya şöhrətli siyasətçi" başlıqları altında sərgilər, eyni zamanda şəhərdə fəaliyyət göstərən nəşriyyat poliqrafiya müəssisələrinin satış sərgisi nümayiş etdirilmişdir.

Kitabxana işçiləri tədbir iştirakçılarına təşkil edilmiş sərgilər haqqında ətraflı məlumat vermişlər.

H.Ərəblinski adına Sumqayıt Musiqili Dram Teatrının aktyorlarının ifasında səhnələr, mədəniyyət müəssisələrinin özfəaliyyət kollektivlərinin hazırladığı musiqi, rəqs nömrələri, habelə balaca fidanların iştirakı ilə nağıl qəhrəmanlarının çıxışları tamaşaçılar tərəfindən maraqla qarşılanmışdır.

 

 

Akif ƏLİYEV

 

Azərbaycan.- 2010.- 21 may.- S.  7.