Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Federasiyası Dağıstan Respublikasının Prezidenti Maqomedsalam Maqomedovun başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir

 

 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 24-də Rusiya Federasiyası Dağıstan Respublikasının Prezidenti Maqomedsalam Maqomedovun başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

Əvvəlcə Azərbaycan Prezidenti İlham Əliyev ilə Rusiya Federasiyası Dağıstan Respublikasının Prezidenti Maqomedsalam Maqomedov arasında görüş keçirilmişdir.

Daha sonra görüş geniş tərkibdə davam etdirilmişdir.

Dövlətimizin başçısı Dağıstan Respublikasının Prezidenti Maqomedsalam Maqomedovun ilk səfərini Azərbaycana etməsini yüksək qiymətləndirərək Azərbaycan ilə Dağıstanı çoxəsrlik tarixi, mədəni əlaqələrin birləşdirdiyini vurğulamışdır. Prezident İlham Əliyev əmin olduğunu bildirmişdir ki, Dağıstan Respublikası Prezidentinin Azərbaycana səfəri xalqlarımızı bir-birinə daha da yaxınlaşdıracaq, müxtəlif sahələrdə, o cümlədən iqtisadi, regionda təhlükəsizliyin möhkəmləndirilməsi, sərmayə yatırımları digər istiqamətlərdə əməkdaşlıq imkanlarının müəyyənləşdirilməsi işinə xidmət edəcəkdir. Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında münasibətlərin yüksək səviyyədə inkişafından məmnunluğunu bildirən Prezident İlham Əliyev bu münasibətlərin strateji xarakter daşıdığını demişdir. Dövlətimizin başçısı Dağıstan Respublikası Prezidentinin ölkəmizə səfərinin Rusiya-Azərbaycan münasibətlərinin daha da genişləndirilməsi işinə xidmət edəcəyinə əminliyini vurğulamışdır.

 Dağıstan Respublikasının Prezidenti Maqomedsalam Maqomedov Dağıstan xalqının dərin hörmət ehtiramını dövlətimizin başçısına çatdırmışdır. Maqomedsalam Maqomedov Azərbaycanda tolerantlığın qorunub saxlanılması istiqamətində Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin Dağıstanda yüksək qiymətləndirildiyini demişdir. Dağıstan Respublikasının Prezidenti Rusiya-Azərbaycan münasibətlərinin eləcə xalqlarımız arasında mehriban dostluq qardaşlıq əlaqələrinin qədim tarixə malik olduğunu vurğulayaraq bu ənənələrin qorunaraq gələcək nəsillərə ötürüləcəyinə əmin olduğunu bildirmişdir.

 

* * *

 

Mayın 24-də Azərbaycan Prezidenti İlham Əliyevin adından Dağıstan Prezidenti Maqomedsalam Maqomedovun şərəfinə şam yeməyi verilmişdir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 25 may.- S.  1.