Ümummilli lider Heydər Əliyevin xatirəsinə ehtiram

 

Rusiya Federasiyası Dağıstan Respublikasının Prezidenti Maqomedsalam Maqomedov mayın 24-də Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, görkəmli dövlət xadimi Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə əklil qoymuşdur.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın xatirəsi yad olunmuş, məzarı üstünə gül dəstələri düzülmüşdür.

1942-1948-ci illərdə Dağıstan Vilayət Partiya Komitəsinin birinci katibi vəzifəsində çalışmış böyük alim görkəmli dövlət xadimi Əziz Əliyevin xatirəsi yad olunmuş, məzarı üzərinə gül dəstələri qoyulmuşdur.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.-  25 may.- S.  3.