TürkPA-nın nümayəndə heyəti ümummilli liderin məzarını ziyarət etmişdir

 

 Türkdilli Ölkələrin Parlament Assambleyasının (TürkPA) nümayəndə heyəti mayın 24-də Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, görkəmli dövlət xadimi Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə gül dəstələri düzmüşdür.

Sonra TürkPA-nın nümayəndə heyəti Şəhidlər xiyabanında Azərbaycanın azadlığı suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarları üzərinə tər çiçəklər düzmüşdür.

Nümayəndə heyəti Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr etmişdir.

Daha sonra nümayəndə heyəti Şəhidlər xiyabanında şəhid türk əsgərlərinin xatirəsinə ucaldılmış abidəni ziyarət edərək önünə gül dəstələri düzmüşdür.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.-  25 may.- S.  4.