Söz verirəm ki, sifarişinizi lazımi yerlərdə səsləndirəcəyəm

 

 Avropa Şurasının qadınlar kişilər arasında bərabərlik məsələlərinə məsul nazirlərinin VII konfransında iştirak etmək üçün ölkəmizə gəlmiş BMT Baş katibinin müavini xanım Aşa Rouz Migiro Binəqədi rayonunda İdarəetmə Texnologiya Kollecinin

1 nömrəli yataqxanasında məskunlaşmış məcburi köçkünlərlə görüşmüşdür.

Qaçqınların Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini Gəray Fərhadov qonağa məlumat vermişdir ki, burada 125 ailə, başqa sözlə, 618 nəfər müvəqqəti məskunlaşmışdır. O xüsusi vurğulamışdır ki, ötən illər ərzində yataqxanadakı ailələr böyüsə , onların vəziyyəti dəyişməz qalır.

Xocavənd rayonunun Qaradağlı kəndindən məcburi köçkün Gülsüm Alışova qonağın diqqətinə çatdırmışdır ki, doğma torpaqlarda yaxınlarımızın ruhları bizdən nigarandır. Biz yurdumuza qayıtmaq istəyirik. Xahiş edirəm haqq səsimizi dünya ictimaiyyətinə çatdırın. Münaqişənin sülh yolu ilə həllinə tərəfdarıq. Amma danışıqlar nəticə verməsə, silaha sarılıb torpaqlarımızı işğaldan azad edəcəyik. Biz öz torpağımızı istəyirik, özgə torpaqlarında gözümüz yoxdur.

Aşa Rouz Migiro demişdir:

- Münaqişənin sülh yolu ilə həlli istəyinizi alqışlayıram. Söz verirəm ki, sifarişinizi lazımi yerlərdə səsləndirəcəyəm.

İki nömrəli evtikmə kombinatının ərazisində yeni salınmış kompleksdə qonağı Baş nazirin müavini, "Dövlətqaçqınkom"un sədri Əli Həsənov qarşılamışdır.

Əli Həsənov Aşa Rouz Migironun diqqətinə çatdırmışdır ki, qaçqınların məcburi köçkünlərin problemlərinin həlli dövlətimiz üçün bir nömrəli məsələdir. Təsadüfi deyildir ki, Dövlət Neft Fondu yaranandan sonra qaçqınların məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması üçün fonddan 850 milyon ABŞ dolları ayrılmışdır. Respublikanın regionlarında yeni qəsəbələr salınır, son zamanlar isə paytaxtda çoxmənzilli binalar tikilir. Beş-altı ildə 17 min mənzil istifadəyə verilmiş, onlara 100 min nəfər məcburi köçkün yerləşdirilmişdir. Artıq yataqxanalardan köçürülmə prosesi başlanmışdır.

BMT baş katibinin müavini məcburi köçkünlərlə görüşmək imkanı yaradıldığı üçün minnətdarlığını bildirmişdir. Demişdir ki, BMT-nin baş katibi Təhlükəsizlik Şurasının münaqişənin həllinə dair bütün qətnamələri dəstəkləyir.

Cəbrayıl rayonundan məcburi köçkün Elşən Həsənəliyevin yeni mənzilində açılmış çay süfrəsi arxasında həyat yoldaşı İlahə xanım qonağa demişdir ki, həm özümüz, həm doğma torpaqlardan uzaqda dünyaya gəlmiş övladlarımız o yerlərə qayıtmaq arzusundayıq.

Əli Həsənov BMT Baş katibinin müavininin diqqətinə çatdırmışdır ki, bu mənzillər məcburi köçkünlərə müvəqqəti verilmişdir.

Baş nazirin müavini münaqişənin tarixi, nəticələri, regionda vəziyyət, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə əlaqədar danışıqların gedişi, bu danışıqlarda Azərbaycan rəhbərliyinin mövqeyi barədə məlumat vermişdir.

Aşa Rouz Migiro bildirmişdir ki, Azərbaycan rəhbərliyinin münaqişənin həllinə yönəlmiş səylərini dəstəkləyirəm.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 25 may.- S.  6.