Musiqi ədəbiyyatı

 

Azərbaycan musiqi mədəniyyətinin ətraflı tədqiqi xalqın zəngin tarixinin, bütövlükdə mədəniyyətinin öyrənilməsi deməkdir. Xalqımız əsrlər boyu zəngin maddi mənəvi mədəniyyət yaratmışdır.

Ötən yüzillikdə Azərbaycan bütün Şərq aləmində ilk opera yaratdı, teatr dramaturgiyamız yeni inkişaf mərhələsinə qədəm qoydu. Əsası Üzeyir Hacıbəyli tərəfindən qoyulmuş Azərbaycan bəstəkarlıq məktəbinin istedadlı nümayəndələri öz dəyərli əsərləri ilə musiqi sənətimizi həm respublikamızda, həm xarici ölkələrdə məharətlə nümayiş etdirdilər.

Ali orta ixtisas musiqi məktəblərində incəsənətimizin bu mühüm sahəsinin öyrədilməsi yolunda son illər uğurlu addımlar atılır, araşdırmalar aparılır, yeni dərsliklər yaradılır. Bu baxımdan "Adiloğlu" nəşriyyatı tərəfindən çap edilmiş "Azərbaycan musiqi ədəbiyyatı" ikihissəli dərsliyin çapı təqdirəlayiqdir.

Yeni nəşrin birinci hissəsinin müəllifi Solmaz Qasımovadır. Təqdim olunmuş musiqi ədəbiyyatı dərsliyi Təhsil Nazirliyinin təsdiq etdiyi proqram əsasında hazırlanıb. Burada Azərbaycan musiqi mədəniyyəti tarixinin əsas inkişaf mərhələlərinin şərhi qısa icmalı verilib. Dərslikdə görkəmli bəstəkarlar - Ü.Hacıbəylinin, M.Maqomayevin, Ə.Bədəlbəylinin, A.Zeynallının, Q.Qarayevin, F.Əmirovun, C.Hacıyevin həyat yaradıcılıqları işıqlandırılıb. Müəllif Azərbaycan şifahi musiqi mədəniyyətinin janrlarına da toxunaraq mahnı, rəqs, muğam, zərbi-muğamlar, eləcə aşıq sənətindən söz açır.

"Azərbaycan musiqi ədəbiyyatı" dərsliyinin ikinci hissəsinin müəllifi Zemfira Abdullayevadır. Bu nəşrdə XX əsr Azərbaycan musiqi mədəniyyətinin ümumi şərhi verilib Niyazi, S.Hacıbəyov, C.Cahangirov, A.Məlikov, V.Adıgözəlov, X.Mirzəzadə, S.Rüstəmov, T.Quliyev R.Hacıyevin həyat yaradıcılıqları monoqrafik prinsip əsasında təqdim olunub. Müəllif göstərir ki, XX əsri Azərbaycan incəsənəti tarixində yeni yüksəliş dövrü kimi səciyyələndirmək olar. Çünki məhz bu əsrdə hər iki dərslikdə adları qeyd olunan sənətkarlar təkcə Azərbaycan incəsənətinə deyil, ümumilikdə bəşər mədəniyyətinə böyük töhfələr veriblər.

Hər iki dərsliyin redaktoru fəlsəfə elmləri doktoru, əməkdar incəsənət xadimi, professor Gülnaz Abdullazadədir.

 

 

Azərbaycan.- 2010.- 25 may.- S.  14.