Uşaq incəsənət məktəbinin şagirdi "Kapellhaus"da solo konsert vermişdir

 

Alman-Azərbaycan Mədəniyyət Birliyi "Kapellhaus"da 3 nömrəli uşaq incəsənət məktəbinin 8-ci sinif şagirdi Nilufər Cəfərlinin solo konserti olmuşdur.

Məktəbin direktoru Dəyanət Quliyev bildirmişdir ki, gənc istedadlı musiqiçi N.Cəfərlinin ifasındakı dəqiqlik onu yaşıdlarından fərqləndirir. Bugünkü konsertin proqramında Azərbaycan xarici bəstəkarların əsərləri yer almışdır.

N.Cəfərli Cövdət Hacıyev, Adil Bəbirov Azər Dadaşovun əsərləri ilə yanaşı, Bax, Şopen, List Motsartın da əsərlərini məharətlə ifa etmişdir. Gənc musiqiçinin ifası alqışlarla qarşılanmışdır.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 25 may.- S. 14.