2008-cı il iyunun 19-da Bakı şəhərində imzalanmış "Azərbaycan Respublikası hökuməti Amerika Birləşmiş Ştatları hökuməti arasında təhsil sahəsində əməkdaşlıq haqqında Saziş"in təsdiq edilməsi barədə

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

1. 2008-ci il iyunun 19-da Bakı şəhərində imzalanmış "Azərbaycan Respublikası hökuməti Amerika Birləşmiş Ştatları hökuməti arasında təhsil sahəsində əməkdaşlıq haqqında Saziş" təsdiq edilsin.

2. Azərbaycan Respublikasının Təhsil Nazirliyinə tapşırılsın ki, bu sərəncamın 1-ci bəndində göstərilən sazişin həyata keçirilməsi üçün zəruri tədbirlər görsün.

3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə tapşırılsın ki, bu sərəncamın 1-ci bəndində göstərilən sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə Amerika Birləşmiş Ştatları hökumətini xəbərdar etsin.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 24 may 2010-cu il

 

Azərbaycan.- 2010.- 26 may.- S.  2.