"Elektroenergetika haqqında" Azərbaycan Respublikasının Qanununa, "Qaz təchizatı haqqında" Azərbaycan Respublikasının Qanununa və "Su təchizatı və tullantı suları haqqında" Azərbaycan Respublikasının Qanununa əlavələr edilməsi barədə" Azərbaycan Respublikasının 2010-cu il 2 aprel tarixli 980-IIIQD nömrəli qanununun tətbiq edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

"Elektroenergetika haqqında" Azərbaycan Respublikasının Qanununa, "Qaz təchizatı haqqında" Azərbaycan Respublikasının Qanununa və "Su təchizatı və tullantı suları haqqında" Azərbaycan Respublikasının Qanununa əlavələr edilməsi barədə" Azərbaycan Respublikasının 2010-cu il 2 aprel tarixli 980-IIIQD nömrəli qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin qanunun tətbiq edilməsini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, iki ay müddətində:

1.1. qüvvədə olan qanunvericilik aktlarının "Elektroenergetika haqqında" Azərbaycan Respublikasının Qanununa, "Qaz təchizatı haqqında" Azərbaycan Respublikasının Qanununa və "Su təchizatı və tullantı suları haqqında" Azərbaycan Respublikasının Qanununa əlavələr edilməsi barədə" Azərbaycan Respublikasının 2010-cu il 2 aprel tarixli 980-IIIQD nömrəli qanununa uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. "Elektroenergetika haqqında" Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin səkkizinci hissəsinin ikinci cümləsində nəzərdə tutulmuş yaşayış binalarının, o cümlədən mənzillərin elektrik xətlərinə qoşulma qaydasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla müəyyən etsin;

1.4. "Qaz təchizatı haqqında" Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 11-ci hissəsinin ikinci cümləsində nəzərdə tutulmuş yaşayış binalarının, o cümlədən mənzillərin qaz xətlərinə qoşulma qaydasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla müəyyən etsin;

1.5. "Su təchizatı və tullantı suları haqqında" Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinin 4-cü bəndinin ikinci cümləsində nəzərdə tutulmuş yaşayış binalarının, o cümlədən mənzillərin su təchizatı sisteminə qoşulma qaydasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla müəyyən etsin;

1.6. öz səlahiyyətləri daxilində "Elektroenergetika haqqında" Azərbaycan Respublikasının Qanununa, "Qaz təchizatı haqqında" Azərbaycan Respublikasının Qanununa və "Su təchizatı və tullantı suları haqqında" Azərbaycan Respublikasının Qanununa əlavələr edilməsi barədə" Azərbaycan Respublikasının 2010-cu il 2 aprel tarixli 980-IIIQD nömrəli qanunundan irəli gələn digər məsələləri həll etsin.

2. Müəyyən edilsin ki, "Elektroenergetika haqqında" Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin səkkizinci hissəsinin ikinci cümləsində, "Qaz təchizatı haqqında" Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 11-ci hissəsinin ikinci cümləsində və "Su təchizatı və tullantı suları haqqında" Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinin 4-cü bəndinin ikinci cümləsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini qaydanın müəyyən edilməsi hissəsində Azərbaycan Respublikasının Nazirlər Kabineti, haqqın müəyyən edilməsi hissəsində Azərbaycan Respublikasının Tarif (Qiymət) Şurası həyata keçirir.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 24 may 2010-cu il

 

Azərbaycan.- 2010.- 26 may.- S.  2.