Arnold Şvartsenegger Kaliforniyanın Azərbaycan icmasını təbrik etmişdir

 

Azərbaycanın Los-Ancelesdəki baş konsulluğundan bildirmişlər ki, Kaliforniyanın qubernatoru, tanınmış ictmai xadim Arnold Şvartsenegger 28 may- Respublika Günü münasibətilə ştatın Azərbaycan mənşəli əhalisinə təbrik ünvanlamışdır.

Təbrikdə amerikalı azərbaycanlıların "Qızıl ştatın" mədəni müxtəlifliyinə verdiyi töhfələr diqqətə çatdırılmış, soydaşlarımızın yanaşı yaşadıqları icmaları zənginləşdirdiyi bildirilmişdir.

Qubernator Şvartsenegger 28 may - Respublika Günü münasibətilə Kaliforniya azərbaycanlılarına gözəl bayram keçirməyi gələcək işlərində uğurlar arzu etmişdir.

 

 

Şəfəq AKİFQIZI,

AzərTAc-ın xüsusi müxbiri

Vaşinqton

 

Azərbaycan.- 2010.-  26 may.- S.  5.