Qusarda kitab bayramı

 

Qusar rayon mərkəzi kitabxanasında vaxtaşırı tədbirlər, oxucu günləri digər görüşlər keçirilir. Belə görüşlərdən biri respublikada yaxından tanınan, əslən qusarlı ziyalılarla ildə iki dəfə keçirilən tədbirdir. Bu cür tədbirlər təkcə görüş deyil, həm əsl ədəbi məclisə, xoş ovqat yaradan qarşılıqlı fikir yarışına çevrilir.

Rayon mərkəzi kitabxanasının qiraət zalı yenə oxucularla dolu idi. Rayon mərkəzi kitabxanasının direktoru Zahir Mustafayev tədbir iştirakçılarını salamlayaraq bildirdi ki, bu cür görüşlər, ilk növbədə, gənclərimizin intellekt səviyyəsinin artırılmasına xidmət edir. Respublikanın əməkdar mədəniyyət işçisi, yazıçı-jurnalist Sədaqət Kərimova, "Qusar" qəzetinin baş redaktoru Vidadi Sevzixanov, respublika Yazıçılar Birliyinin üzvü, şair Həsən Xasiyev, Səmayə Haqqıqızı Məhbubə Ağayeva ilə keçirilən bu görüş ətraflı diskussiyalar, maraqlı məlumatlarla zəngin idi. Qonaqlar müəllif hüquqları, söz sənəti ilə bağlı fikirlərini söylədilər, yeni şeirlərini səsləndirdilər, oxucuların suallarını cavablandırdılar.

 

 

Azərbaycan.- 2010.-  26 may.- S.  11.