Muğam əsərlərindən ibarət ən böyük sayt

 

"Muğam Radio" saytında muğam əsərlərinin ən böyük toplusu təqdim edilmişdir. Dünyada ilk və yeganə olan "Muğam Radio" xalq musiqisinin bu janrına aid əsərlərin ən böyük kolleksiyasını sənətsevərlərin mühakiməsinə vermişdir.

Muğam kolleksiyası radiostansiyanın aşağıdakı ünvanlı saytında yerləşdirilmişdir:

http://mugamradio.az/audio/classic-mugam/

Bu kolleksiyanın əlamətdar xüsusiyyəti ondan ibarətdir ki, musiqini kompyuterin yaddaşına köçürmədən dinləmək olar.

Saytda klassik muğamla yanaşı, etno-caz muğam stilində kompozisiyalar da təqdim edilir.

Yaxın vaxtlarda bu radiostansiyanın dinləyiciləri onlayn videotranslyasiya vasitəsilə radiostansiyanın qonaqlarının canlı ifasını da izləyə biləcəklər.

"Muğam Radio" Azərbaycanın klassik şifahi musiqi ənənələrinin bu nadir janrını dünyada təbliğ etmək üçün nəzərdə tutulmuşdur.

Layihə 2009-cu ilin oktyabr ayında istifadəyə verilmişdir. İndi hər bir internet istifadəçisi dünyanın hansı guşəsində istəsə "Muğam Radio" saytına daxil olaraq, bəşəriyyətin şifahi və qeyri-maddi mədəni irsinin bu şedevrindən ləzzət ala bilər.

Hazırda bütün sutka ərzində saytda seçmə muğam kompozisiyaları translyasiya edilir. Burada, həmçinin muğam, onun tarixi barədə geniş informasiya, məşhur ifaçıların tərcümeyi-halları da yerləşdirilmişdir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 27 may.- S.  12.