Xalq şairi Rəsul Rzanın kitabı Belqradda nəşr olunmuşdur

 

Xalq şairi Rəsul Rzanın Belqradda "Rənglər" və "Rəngli yuxular" silsilələrindən ibarət şeirlər kitabı çap olunmuşdur.

Yeni nəşrdəki şeirləri serb dilinə Maya Teziç, rus dilinə Boris Slutski, David Samoylov, Yunna Morits, Leon Toom, Alla Axundova, Muza Pavlova, ingilis dilinə Aynur Hacıyeva, fransız dilinə Hamlet QocaŞamil Zaman çevirmişlər.

Kitabda "Rənglər" silsiləsi və ümumiyyətlə, Rəsul Rza yaradıcılığı haqqında Nazim Hikmətin, Dmitri Şostakoviçin, Qara Qarayevin, İlya Selvinskinin, Məmməd Arifin, Eduard Mejelaytesin, Boris Slutskinin, akademik Nikolay Fedorenkonun, Kanada yazıçısı Dizon Karterin, macar şairəsi Jula Rabın, çex şairəsi Daniçka Kozlovanın, isveç şairi Yuri Kronberqsin, ingilis ədəbiyyatşünası Boni Koreyin, eston şairəsi Lyu Seppelin, rus tənqidçisi Yuri Lukinin, vyetnamlı Buy Monq Kuinin firkirləri də yer almışdır.

Azərbaycanın Serbiyadakı səfirliyinin təşəbbüsü ilə nəşr olunan kitaba xalq yazıçısı Anar ön söz yazmışdır.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 2 noyabr.- S. 12.