Ə.P.Dilbazinin xatirəsinin əbədiləşdirilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Azərbaycan xalq rəqslərinin mahir ifaçısı quruluşçusu, SSRİ xalq artisti Əminə Paşa qızı Dilbazinin xatirəsini əbədiləşdirmək məqsədilə qərara alıram:

1. Bakı Şəhər İcra Hakimiyyəti Əminə Dilbazinin yaşadığı binaya (Xaqani küçəsi, 19/13) xatirə lövhəsinin vurulmasını təmin etsin.

2. Qazax Rayon İcra Hakimiyyəti Qazax şəhərində küçələrdən birinə Əminə Dilbazinin adının verilməsini təmin etsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etsin.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 5 noyabr 2010-cu il

 

Azərbaycan.- 2010.- 6 noyabr.- S. 1.