Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Federal Məclisi Federasiya Şurası sədrinin müavini, MDB PA-nın müşahidəçilər qrupunun əlaqələndiricisi Svetlana Orlovanın başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 6-da Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurası sədrinin müavini, MDB Parlamentlərarası Assambleyanın müşahidəçilər qrupunun əlaqələndiricisi Svetlana Orlovanın başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

Görüşdə Azərbaycanda keçiriləcək parlament seçkilərinə hazırlıq məsələləri ətrafında fikir mübadiləsi aparılmışdır.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 7 noyabr.- S. 1.