Akademik Ş.F.Mehdiyevin 100 illik yubileyinin keçirilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

2010-cu ilin dekabr ayında görkəmli Azərbaycan alimi, geologiya-mineralogiya elmləri doktoru, professor, əməkdar elm xadimi, Dövlət Mükafatı laureatı, akademik Şəfaət Fərhad oğlu Mehdiyevin anadan olmasının 100 illiyi tamam olur.

Azərbaycanda neft geologiyası elminin inkişafı sahəsində mühüm xidmətlərini zəngin pedaqoji fəaliyyətini nəzərə alaraq, Şəfaət Mehdiyevin 100 illik yubileyinin dövlət səviyyəsində keçirilməsini təmin etmək məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikasının Təhsil Nazirliyi Azərbaycan Respublikasının Ekologiya Təbii Sərvətlər Nazirliyi Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə akademik Şəfaət Mehdiyevin 100 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etsin.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 8 noyabr 2010-cu il

 

Azərbaycan.- 2010.- 9 noyabr.- S. 3.