Prezident İlham Əliyev Füzuli rayonunda olmuşdur

 

Noyabrın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Füzuli rayonunda olmuşdur.

Dövlət başçısı və xanımı əvvəlcə Horadiz şəhərinin mərkəzindəki Heydər Əliyev parkında ümummilli liderin abidəsini ziyarət etmişlər. Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva abidənin önünə gül dəstələri qoymuşlar.

Dövlət başçısı Horadiz şəhərində Muğam Mərkəzinin açılışında iştirak etmişdir. Rəmzi açılışı bildirən lenti kəsən dövlətimizin başçısı Muğam Mərkəzində yaradılmış şəraitlə tanış olmuşdur. Azərbaycanın qədim musiqi alətlərindən olan tar formasında tikilmiş mərkəz üçmərtəbəlidir və bir-birinə bitişik üç korpusdan ibarətdir. Mərkəzə aid olan muğam məktəbində müxtəlif təyinatlı 31 sinif otağı, 320 yerlik örtülü, 520 yerlik açıq yay zalları vardır.

Sonra Prezident İlham Əliyev Horadiz Olimpiya İdman Kompleksinin açılış mərasimində iştirak etmişdir. Məlumat verilmişdir ki, idman kompleksində 30 yerlik mehmanxana, basketbol meydançası, 500 yerlik əl oyunları zalı, tennis kortu, futbol meydançası və avtomobil dayanacağı vardır.

Prezident İlham Əliyev Füzuli Tibb Mərkəzinin açılışında da iştirak etmişdir. Dövlət başçısı rəmzi açılışı bildirən lenti kəsmiş, mərkəzdə yaradılmış şəraitlə tanış olmuşdur. Tibb ocağı cəbhə bölgəsində yerləşdiyindən ağır xəstələrin buraya vaxtında çatdırılması üçün 2 vertolyot meydançası, ezam olunan həkimlər üçün iki evinşa olunmuşdur.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.-12 noyabr.- S. 2.