Azərbaycan Prezidenti İlham Əliyevin FüzuliAğdam rayonlarına səfəri

 

Horadizdə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət

 

Xəbər verdiyimiz kimi, noyabrın 11-də Azərbaycan Prezidenti İlham Əliyev Füzuli rayonuna gəlmişdir.

Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının uğurlu icrası cəbhə bölgəsi olan Füzuli rayonunda da əsaslı inkişafa təkan vermişdirbu inzibati ərazidəki yaşayış məntəqələrinin siması sürətlə müasirləşməkdədir. Əsasən kənd təsərrüfatı rayonu olan Füzulidə heyvandarlıq və quşçuluq geniş inkişaf etmişdir. 2004-cü ildən bu- günədək 1372 daimi, 6 minə yaxın mövsümi yeri açılmışdır. Rayonda təhsil, səhiyyə və mədəniyyət müəssisələrinin inkişafına xüsusi diqqət göstərilir, onların maddi-texniki bazası ilbəil möhkəmləndirilir.

Dövlət başçısı əvvəlcə Horadiz şəhərinin mərkəzində Heydər Əliyev parkında ümummilli liderin abidəsini ziyarət etdi.

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva abidənin önünə gül dəstələri qoydular.

Dövlət başçısına parkda aparılmış abadlıq işləri barədə məlumat verildi. Bildirildi ki, son aylarda parkda yenidənqurma işləri aparılmış, təzə yaşıllıq zolaqları salınmışdır.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 13 noyabr.- S.1.