Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov Azərbaycana səfərə gəlmişdir

 

Türkmənistan Respublikasının Prezidenti Qurbanqulu Berdiməhəmmədov Bakıda keçiriləcək Xəzəryanı ölkələrin dövlət başçılarının Zirvə Görüşündə iştirak etmək üçün noyabrın 18-də Azərbaycana səfərə gəlmişdir.

Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Türkmənistan dövlətinin başçısını Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər qarşıladılar.

Hava limanının ali qonaqlar üçün salonunda Prezident Qurbanqulu Berdiməhəmmədov və Baş nazirin birinci müavini Yaqub Eyyubov arasında qısa protokol söhbəti oldu.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 19 noyabr.- S. 6.