Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun Azərbaycana səfəri başa çatmışdır

 

Bakı, 18 noyabr (AzərTAc). Noyabrın 18-də Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun Azərbaycana səfəri başa çatmışdır.

Heydər Əliyev Beynəlxalq Aeroportunda Türkmənistan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Prezident Qurbanqulu Berdiməhəmmədovu Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər yola saldılar.

 

 

Azərbaycan.- 2010.- 19 noyabr.-S.6.