İranda istehsal olunan avadanlıqla tanışlıq

 

Noyabrın 17-də Azərbaycan ilə İran arasında enerji nəqliyyat sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumunun imzalanmasından sonra Prezident Mahmud Əhmədinejad İranda istehsal olunan sutəmizləyici qurğunu, cərəyan tuneli mikroskopunu uşaqların eşitmə qabiliyyətini müəyyənləşdirən cihazı Prezident İlham Əliyevə təqdim etdi.

İran Prezidenti dedi ki, sutəmizləyici qurğu, cərəyan tuneli mikroskopu uşaqların eşitmə qabiliyyətini müəyyənləşdirən cihaz İranda geniş tətbiq edilir.

Prezident Mahmud Əhmədinejad nümayiş etdirilən avadanlığın texniki-iqtisadi göstəriciləri barədə Prezident İlham Əliyevə məlumat verdi. O bildirdi ki, bu avadanlıq Mərkəzi Asiya, ərəb, Afrika Latın Amerikası ölkələrinə ixrac edilir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 19 noyabr.- S. 2.