İstanbulda Avropa ədliyyə nazirlərinin 30-cu konfransı keçirilmişdir

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, noyabrın 24-dən 26-dək İstanbulda Avropa Şurası Türkiyə hökumətinin birgə təşkilatçılığı ilə Avropa ədliyyə nazirlərinin növbəti konfransı keçirilmişdir.

1961-ci ildən mütəmadi keçirilən bu mötəbər forum "Üçüncü minillikdə ədliyyənin müasirləşdirilməsi" mövzusuna həsr olunmuşdur.

Konfransda Azərbaycanı ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədovun rəhbərliyi ilə nümayəndə heyəti təmsil etmişdir.

Tədbirdə şəffaf səmərəli ədalət mühakiməsinin həyata keçirilməsi, bu zaman informasiya-kommunikasiya texnologiyalarının tətbiqi, habelə penitensiar sistemin islahatı, Avropada həbsxanalarla bağlı vəziyyət digər aktual məsələlər müzakirə olunmuşdur.

300-ə yaxın nümayəndənin, o cümlədən Avropa ədliyyə nazirlərinin nüfuzlu beynəlxalq təşkilatların yüksək vəzifəli rəsmilərinin iştirak etdiyi tədbirdə Avropa Şurası baş katibinin müavini Mod de Bur-Bukikkio, Türkiyənin ədliyyə naziri Sadullah Ergin giriş sözü ilə çıxış etmişlər.

Konfransın ilk sessiyasında çıxış edən Azərbaycanın ədliyyə naziri ədalət mühakiməsinin səmərəliliyinin əhəmiyyətini vurğulayaraq, ölkəmizin başçısı İlham Əliyevin rəhbərliyi ilə bu sahədə aparılan uğurlu islahatlardan, o cümlədən məhkəmə infrastrukturunun müasirləşdirilməsi, yeni məhkəmələrin yaradılması, qabaqcıl texnologiyaların tətbiqi, həmçinin hakimlərin sayının iki dəfə artırılması, hakimliyə namizədlərin ən şəffaf qaydalarla seçimi nəticəsində hakim korpusunun yarıyadək yeniləşməsi digər işlərdən danışmışdır. Tədbir iştirakçılarının diqqəti Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə, torpaqlarımızın 20 faizinin Ermənistan tərəfindən işğalına cəlb edilmişdir.

Növbəti sessiyada da ölkəmizin nümayəndə heyətinin rəhbəri tərəfindən çıxış edilərək, penitensiar sistemdə aparılan köklü islahatlar barədə məlumat verilmiş, məhkumların hüquqlarının etibarlı qorunmasına xüsusi önəm verən dövlətimizin güclü siyasi iradəsi, cəzaların icrasının humanistləşdirilməsi, çoxsaylı əfv amnistiya aktlarının qəbulu, azadlıqdan məhrum edilmiş şəxslərin hüquq imtiyazlarının xeyli genişləndirilməsi, onların saxlanma şəraitinin göstərilən tibb xidmətinin yaxşılaşdırılması, ictimai nəzarətin gücləndirilməsi, müasir penitensiar infrastrukturun yaradılması üzrə məqsədyönlü işlər diqqətə çatdırılmışdır.

Maraqla qarşılanmış çıxışların ingilis rus dillərində mətnləri tədbir iştirakçıları arasında yayılmışdır.

Forumun yekununda müzakirə olunan məsələlərə dair 4 qətnamə qəbul olunmuşdur.

Konfrans zamanı Azərbaycanın ədliyyə naziri Avropa Şurasının insan hüquqları üzrə komissarı Tomas Hammarberqlə görüşmüş, insan hüquqlarının qorunması, Avropa Məhkəməsinin fəaliyyəti digər məsələlər üzrə faydalı fikir mübadiləsi aparılmışdır.

Səfər çərçivəsində, həmçinin bir sıra dövlətlərin ədliyyə nazirləri ilə işgüzar görüşlər keçirilərək əməkdaşlığın perspektivləri müzakirə olunmuşdur.

Azərbaycan.- 2010.- 30 noyabr.- S.6.