Çin Xalq Respublikasının Sədri zati-aliləri cənab Hu Szintaoya

 

Hörmətli cənab Sədr!

Milli bayramınız - Çin Xalq Respublikasının yaranması günü münasibətilə Sizibütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.

Qədim ənənələrə malik Azərbaycan-Çin əlaqələri bu gün hərtərəfli inkişaf yolundadır. Dost xalqlarımızın mənafelərinə uyğun olaraq dövlətlərarası münasibətlərimizin gündən-günə möhkəmlənməsi əməkdaşlığımızın əhatə dairəsinin genişlənməsi ilə müşayiət olunur.

Ümidvaram ki, ölkələrimiz arasında münasibətlərin, istər ikitərəfli qaydada, istərsə də beynəlxalq qurumlar çərçivəsində əməkdaşlığımızın sabit və uzunmüddətli inkişafı naminə bundan sonra da birgə səylər göstərəcəyik.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Çin xalqına sülh və firavanlıq diləyirəm.

Hörmətlə,

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı, 17 sentyabr 2010-cu il

 

Azərbaycan.- 2010.-1 oktyabr.- S. 1.