Azərbaycan Respublikası Hərbi Prokurorluğunda peşə bayramı günü qeyd edilmiş və buradakı korpusda Bakı Hərbi Prokurorluğunun açılışı olmuşdur

 

Oktyabrın 1-də Azərbaycan Respublikası Hərbi Prokurorluğunda peşə bayramı günü qeyd edilmiş və buradakı korpusda Bakı Hərbi Prokurorluğunun açılışı olmuşdur.

Mərasim iştirakçıları əvvəlcə Respublika Hərbi Prokurorluğu binasının foyesində ulu öndərin büstü önünə əklil qoymuş və gül dəstələri düzmüşlər.

Sonra Respublika Hərbi Prokurorluğunun inzibati binasının korpusunda Bakı Hərbi Prokurorluğu açılmışdır.

Mərasim iştirakçıları yeni istifadəyə verilmiş Bakı Hərbi Prokurorluğunda yaradılmış iş şəraiti ilə tanış olmuşlar.

Daha sonra Bakı Hərbi Prokurorluğunun kollektivinin iştirakı ilə Respublika Hərbi Prokurorluğunda 1 oktyabr - prokurorluq işçilərinin peşə bayramı günü və Azərbaycan Prokurorluğunun yaradılmasının 92-ci ildönümü ilə əlaqədar təntənəli mərasim keçirilmişdir.

Peşə bayramı günü münasibəti ilə prokurorluq əməkdaşlarını və veteranları təbrik edən Azərbaycan Respublikasının hərbi prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyev qeyd etmişdir ki, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu ulu öndərimiz Heydər Əliyevin tarixi reallığı bərpa edən və prokurorluğun cəmiyyətdə roluyeri məsələsinə dövlət səviyyəsində münasibət bildirən 1998-ci il 17 iyul tarixli sərəncamı ilə hər il oktyabr ayının 1-nin prokurorluq işçilərinin peşə bayramı kimi qeyd edilməsi bütün prokurorluq əməkdaşları üçün müstəsna əhəmiyyət kəsb edən bir hadisədir.

Prokurorluğun hər bir əməkdaşında qürur hissi doğuran haldır ki, mühüm dövlət təsisatı kimi prokurorluğun sivildemokratik məzmunlu bir qurum kimi formalaşması ölkəmizdə həyata keçirilən məhkəmə-hüquq islahatlarının memarı Heydər Əliyevin dövlətçilik siyasəti, onun gündəlik qayğısı və dəstəyi sayəsində mümkün olmuşdur.

Xüsusilə qeyd olunmuşdur ki, ümummilli lider Heydər Əliyevin siyasi dühasının məhsulu olanöz inkişaf tarixinin yeni yüksəliş mərhələsini yaşayan müstəqil respublikamızda Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü islahatların nəticəsində ölkəmiz daha da qüdrətlənmiş, xalqımızın həyat səviyyəsi yüksəlmiş, demokratik dəyərlərin hərtərəfli bərqərar olunması sahəsində böyük uğurlar əldə edilmişdir.

Ədliyyə general-leytenantı X.Vəliyev qeyd etmişdir ki, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən prokurorluq orqanlarına hərtərəfli diqqət və qayğı göstərilir, bu qurumların fəaliyyətinin daha da təkmilləşdirilməsi, əməkdaşların maddi-sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində müvafiq tədbirlər görülür. Yeni inkişaf dövrünün əsasını qoyan prokurorluğun fəaliyyətinin müasirləşdirilməsinə dair 2009-2011-ci illər üçün Dövlət Proqramının təsdiq olunması prokurorluğa dövlət səviyyəsində göstərilən qayğının nəticəsidir.

Hərbi prokuror Xanlar Vəliyev qeyd etmişdir ki, Dövlət Proqramının yerinə yetirilməsi ilə əlaqədar Azərbaycan Respublikasının baş prokuroru, birinci dərəcəli dövlət ədliyyə müşaviri Zakir Qaralovun rəhbərliyi ilə nəzərdə tutulmuş tədbirlərin icrası istiqamətində mühüm işlər görülmüşdür. Dövlət proqramına müvafiq olaraq Azərbaycanın hərbi prokurorluq orqanlarının strukturunun təkmilləşdirilməsi və fəaliyyətinin səmərəliliyinin artırılması məqsədilə Respublika Hərbi Prokurorluğunda kadrlar şöbəsi, Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin tərkibində xüsusi istintaqmaddi-texniki təminat şöbələri yaradılmış, dövlətimizin başçısının müvafiq sərəncamı ilə Zaqatala Hərbi Prokurorluğu yaradılaraq fəaliyyətə başlamışdır. Bu istiqamətdə görülən işlər sırasında prokurorluq əməkdaşlarının və onların ailə üzvlərinin sosial müdafiəsinin, pensiya təminatının daha da gücləndirilməsini, onlara dövlət qayğısının artırılmasını təmin edən "Prokurorluq haqqında", "Prokurorluq orqanlarında qulluq keçmə haqqında" və "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının qanunlarına edilmiş dəyişiklikləri və əlavələri qeyd etmək olar.

Bildirilmişdir ki, digər hüquq-mühafizə orqanları kimi Hərbi Prokurorluğun kollektivi də ölkəmizdə ictimai-siyasi sabitliyin qorunması, cinayətkarlığa qarşı mübarizənin, Silahlı Qüvvələrdə nizam-intizamın gücləndirilməsi, dövlət müstəqilliyimizin, insan hüquq və azadlıqlarının etibarlı müdafiəsi istiqamətində uğurlu nəticələr əldə etmişdirbundan sonra da bütün mümkün tədbirlər görüləcəkdir.

Məruzədə vurğulanmışdır ki, Hərbi Prokurorluq əməkdaşlarının şəraitinin yaxşılaşdırılması üçün mərkəzi aparatın və ərazi hərbi prokurorluqlarının inzibati binaları əsaslı surətdə yenidən qurulmuşdur. Bununla yanaşı, son illərdə Naxçıvan Muxtar Respublikasının Hərbi Prokurorluğunda, Sumqayıt, Gəncə, Tərtər və Füzuli hərbi prokurorluqlarının inzibati binalarında əsaslı yenidənqurma işləri aparılmış, işçilər üçün müasir tələblərə cavab verən şərait yaradılmışdır. Qazax Hərbi Prokurorluğu üçün yeni inzibati bina tikilib istifadəyə verilmiş, prokurorluq işçilərinin peşə bayramı günü ərəfəsində Bakı Hərbi Prokurorluğu Respublika Hərbi Prokurorluğunun inzibatı binasının korpusuna köçmüşdür.

Prokurorluğa dövlət səviyyəsində göstərilən qayğıya görə Respublika Hərbi Prokurorluğunun kollektivi adından Xanlar Vəliyev Azərbaycan Prezidenti İlham Əliyevə səmimi minnətdarlığını çatdırmaqla, əmin etmişdir ki, Respublika Hərbi Prokurorluğu öz işini prokurorluğa göstərilən etimad səviyyəsində qurmaq üçün bütün zəruri tədbirlərin görülməsini təmin edəcək, dövlətçiliyimizin maraqlarının müdafiəsi işində öz səylərini əsirgəməyəcəkdir.

Mərasimdə Bakı hərbi prokuroru, ədliyyə polkovniki Zöhrab Kazımov və prokurorluğun veteranları adından çıxış edən Fəxrəddin Əkbərov ümummilli lider Heydər Əliyevin və dövlətimizin başçısı İlham Əliyevin prokurorluq orqanlarına göstərdiyi diqqət və qayğıdan danışmışlar.

Məruzə və çıxışlarda belə bir inam ifadə olunmuşdur ki, Azərbaycan Respublikası Hərbi Prokurorluğu xalq və dövlət qarşısında öz məsuliyyətini dərindən dərk etməklə, fəaliyyətinin prokurorluğa göstərilən etimada layiq səviyyədə qurulması üçün zəruri tədbirlərin görülməsini təmin edəcək, dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin demokratik dəyərlər əsasında dinamik inkişafına istiqamətləndirilmiş tədbirlərin həyata keçirilməsində öz xidmətini göstərəcəkdir.

Peşə bayramı günü münasibətilə Hərbi Prokurorluğun xidmətdə fərqlənən əməkdaşlarına mükafatlar, hərbi rütbələr və medallar verilmişdir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.-2  oktyabr.- S.4.