"Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsı barədə" Azərbaycan Respublikası Prezidentinin 2000-cı il 29 avqust tarixli 389 nömrəli fərmanına əlavə edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

"Yeyinti məhsulları haqqında" Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə" Azərbaycan Respublikasının 2008-ci il 16 dekabr tarixli 744-IIIQD nömrəli Qanununun icrasını təmin etmək məqsədi ilə qərara alıram:

1. "Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 29 avqust tarixli 389 nömrəli Fərmanına (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, ¹ 8, III kitab, maddə 612; 2001-ci il, ¹ 7, maddə 462, ¹ 10, maddə 640, ¹ 12, maddə 755; 2002-ci il, ¹ 1, maddə 49, ¹ 5, maddələr 260, 275, ¹ 8, maddələr 478, 484, 486; 2003-cü il, ¹ 6, maddə 299, ¹ 8, maddə 434, ¹ 9, maddə 478, ¹ 10, maddələr 546, 547, 560, 571, 582; 2004-cü il, ¹ 1, maddələr 19, 26, ¹ 3, maddələr 138, 141, ¹ 4, maddə 235, ¹ 5, maddələr 340, 341, 343, 345, 346, ¹ 8, maddələr 607, 608, ¹ 11, maddə 909, ¹ 12, maddə 1005; 2005-ci il, ¹ 2, maddələr 67, 69, ¹ 4, maddələr 299, 303, ¹ 8, maddə 702, ¹ 9, maddələr 801, 802, ¹ 12, maddə 1101; 2006-cı il, ¹ 2, maddə 83, ¹ 4, maddələr 321, 322, ¹ 5, maddə 407, ¹ 7, maddə 590, ¹ 8, maddələr 662, 663, 674, 675, 679, ¹ 9, maddə 743, ¹ 11, maddələr 942, 945; 2007-ci il, ¹ 1, maddə 11, ¹ 2, maddə 87, ¹ 3, maddə 230, ¹ 7, maddə 715, ¹ 8, maddələr 767, 769, ¹ 11, maddələr 1110, 1116, 1120, ¹ 12, maddə 1227; 2008-ci il, ¹1, maddə 7, ¹ 3, maddə 186, ¹ 6, maddələr 504, 507, ¹ 7, maddə 617, ¹ 8, maddə 713, ¹ 9, maddə 798, ¹ 10, maddə 894, ¹ 11, maddə 969, 971, 980, ¹ 12, maddələr 1060, 1061, 1062, 1065; 2009-cu il, ¹ 3, maddə 163, ¹ 4, maddə 226, ¹ 5, maddə 330, ¹ 7, maddələr 532, 535, 539, 540, 542, ¹ 9, maddə 688, ¹ 10, maddələr 776, 785, ¹ 12, maddələr 979, 993; 2010-cu il, ¹ 2, maddə 80, ¹ 3, maddələr 180, 189, ¹ 5, maddə 393; Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 1 iyul tarixli 287 və 288 nömrəli, 2 iyul tarixli 291 nömrəli fərmanları) aşağıdakı məzmunda 3.70-ci bənd əlavə edilsin:

"3.70. həmin Məcəllənin 68-5-ci maddəsində nəzərdə tutulmuş ekoloji təmiz kənd təsərrüfatının tələblərinə cavab verməyən kənd təsərrüfatı və ərzaq məhsullarına ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının milli əmtəə nişanının vurulması, ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının dövriyyəsi ilə məşğul olan şəxslər tərəfindən həmin məhsulların ənənəvi üsullarla istehsal edilmiş məhsullarla qarışdırılması və spesifikliyinin qorunmaması ilə əlaqədar işlərə həmin məhsulların istehsalı və satışaqədər saxlanması mərhələsində Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi, həmin məhsulların istehlakçılara təklif olunması mərhələsində Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi, etiketi üzərində istehsalında genetik modifikasiya olunmuş orqanizmlər və onların törəmələrindən istifadə haqqında məlumatlar göstərilməyən məhsulların ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsulları kimi Azərbaycan Respublikasında satışa çıxarılması ilə əlaqədar işlərə Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi baxırlar".

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 1 oktyabr 2010-cu il

 

Azərbaycan.- 2010.- 3 oktyabr.- S. 2.