"Qara qağayı" filmi Dövlət Film Fonduna təqdim edilmişdir

 

"Qara qağayı" filmi uzun axtarışlardan sonra tapılaraq Dövlət Film Fonduna təqdim edilmişdir.

Fondun direktoru, əməkdar incəsənət xadimi Cəmil Quliyev AzərTAc-a bildirmişdir ki, rəssam Vüqar Əli tərəfindən təqdim edilmiş "Qara qağayı" filmini 1962-ci ildə rejissor Georgi Koltunov lentə almışdır.

Azərbaycanın görkəmli kino aktyorurejissoru, mərhum Ceyhun Mirzəyev filmdə baş rolu canlandırmışdır. Bu film çəkilərkən C.Mirzəyevin 12 yaşı olmuşdur.

 

 

Azərbaycan.- 2010.- 8 oktyabr.- S. 8.