Azərbaycan Prezidenti İlham Əliyev İranın müdafiə naziri Əhməd Vəhidinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 11-də İran İslam Respublikasının müdafiə naziri Əhməd Vəhidinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

Ölkələrimiz arasında qarşılıqlı səfərlərin intensiv xarakter daşıdığını qeyd edən Prezident İlham Əliyev bildirdi ki, bu, əməkdaşlığımızın çoxşaxəli olmasının göstəricisidir. Dövlətimizin başçısı digər sahələrdə olduğu kimi, hərbi sahədə də əməkdaşlığın inkişaf etdiyini vurğuladı. Prezident İlham Əliyev İranın müdafiə naziri Əhməd Vəhidinin Azərbaycana səfərinin uğurlu keçəcəyinə ümidvar olduğunu bildirdi.

Müdafiə naziri Əhməd Vəhidi İran İslam Respublikasının Prezidenti Mahmud Əhmədinejadın salamlarını dövlətimizin başçısına çatdırdı. O, İran Prezidentinin Azərbaycanın dövlət başçısına çox böyük ehtiram bəslədiyini vurğuladı. Ölkələrimiz arasında siyasi sahədə əməkdaşlığın çox yaxşı səviyyədə olduğunu qeyd edən Əhməd Vəhidi qarşılıqlı səfərlərin son vaxtlar mütəmadi xarakter daşıdığını dedibunu ikitərəfli münasibətlərin inkişafının göstəricisi kimi dəyərləndirdi.

Dövlətimizin başçısı İran İslam Respublikasının Prezidenti Mahmud Əhmədinejadın salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını İran dövlətinin başçısına çatdırmağı xahiş etdi.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 12 oktyabr.- S. 1.