Venesuelanın Azərbaycandakı səfiri xarici işlər naziri ilə görüşmüşdür

 

İqamətgahı Tehran şəhərində yerləşən Venesuela Respublikasının Azərbaycanda yeni təyin olunmuş səfiri Devid Nieves Velaskes Karaballoya etimadnaməsinin surətini oktyabrın 11-də xarici işlər naziri Elmar Məmmədyarova təqdim etmişdir.

XİN-in mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, D.Karaballoya ölkəmizə səfir təyin olunmasından məmnunluğunu ifadə etmişdir. Diplomat ölkələrimiz arasında bir sıra sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi üçün geniş potensialın olduğunu vurğulamış, Venesuela-Azərbaycan əlaqələrinin dərinləşməsi istiqamətində çalışacağını bildirmişdir.

Nazir E.Məmmədyarov ölkəmizə səfir təyin olunması münasibətilə venesuelalı diplomatı təbrik etmiş və işlərində müvəffəqiyyətlər arzulamışdır.

 

 

Azərbaycan.- 2010.- 12 oktyabr.- S. 7.