Niderland Krallığının Baş naziri Zati-aliləri cənab Mark Ryutteyə

 

Hörmətli cənab Baş nazir,

 

Niderland Krallığının Baş naziri vəzifəsinə təyin edilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.

 

Əminəm ki, Azərbaycan-Niderland dövlətlərarası münasibətləri, çoxşaxəli dostluq və əməkdaşlıq əlaqələrimiz xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir.

 

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Niderland xalqının rifahı naminə qarşıdakı məsul fəaliyyətinizdə uğurlar diləyirəm.

 

Hörmətlə,

 

İlham Əliyev,

 

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı, 18 oktyabr 2010-cu il

 

Azərbaycan. - 2010.- 19 oktyabr.- S. 1.